Yunanıstan sahillərində 4,9 bal gücündə zəlzələ oldu

Hazırda oxunan: Yunanıstan sahillərində 4,9 bal gücündə zəlzələ oldu

205572

Yunanıstanın Krit adası sahillərində 4,9 bal gücündə zəlzələ qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri 137 min sakinin yaşadığı Heraklion şəhərindən 64 kilometr cənubda yerləşib. Zəlzələnin ocağı 15 kilometr dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Zəlzələ bütün adada, o cümlədən Kritin inzibati mərkəzində - Heraklion şəhərində hiss olunub.

Yunanıstan Avropanın seysmik cəhətdən ən aktiv ölkələrindən biridir. Qitədə baş verən bütün təkanların, demək olar, yarısı burada qeydə alınır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin