Pezeşkian Makronla telefonla danışdı: “Səssiz qalmayacağıq”

Hazırda oxunan: Pezeşkian Makronla telefonla danışdı: “Səssiz qalmayacağıq”

205560

İran Prezidenti Məsud Pezeşkian və fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.

Bizim.Media xəbər verir ki bu barədə “İRNA” məlumat yayıb.

Tərəflər HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsindən sonra yaranan regional gərginliyi müzakirə ediblər.

Pezeşkian bildirib ki, beynəlxalq norma və qaydalar çərçivəsində öz mənafeyi və təhlükəsizliyinə təcavüz qarşısında əsla səssiz qalmayacaq.

Telefon söhbətində Fransa Prezidenti Emmanuel Makron İsmayıl Haniyənin ölümündən sonra regionda vəziyyətin gərginləşməsindən nigaran olduğunu bildirib və İranı təmkinli olmağa çağırıb.

Xatırladaq ki, İsmayıl Haniyə iyulun 31-də Tehranda raket zərbəsi nəticəsində öldürülüb. O, avqustun 2-də Dohada dəfn olunub. Onun yerinə isə Yəhya Sinvar HƏMAS Siyasi Bürosunun rəhbəri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin