Britaniya Yaxın Şərqə ordu GÖNDƏRDİ

Hazırda oxunan: Britaniya Yaxın Şərqə ordu GÖNDƏRDİ

205537

Mindən çox Britaniya əsgəri ölkə vətəndaşlarının Livandan təxliyyəsi üçün Yaxın Şərqdə hazır vəziyyətdədir.

Bizim.Media xəbər verir ki, bu barədə “sky news”nəşdir məlumat yayıb.
 

Sərhəd qüvvələrinin rəsmiləri, konsulluq ekspertləri və britaniyalı əsgərlər genişmiqyaslı təxliyə də daxil olmaqla bir sıra mümkün münaqişə ssenarilərdə lazımi tədbirləri görmək üçün bölgəyə göndərilib. 


Qeyd edək ki, bir neçə gün əvvəl Britaniyanın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını müharibə təhlükəsi fonunda istənilən reys üzrə Livanı tərk etməyə çağırıb.

Xatırladaq ki, HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra İran, Hizbullah və HƏMAS İsraildən qisas alacaqlarını elan ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin