Fələstin prezidenti: İsraillə danışıqlara hazırıq

Hazırda oxunan: Fələstin prezidenti: İsraillə danışıqlara hazırıq

Fələstin prezidenti Mahmud Abbas, sülh konfransı çərçivəsində İsraillə danışıqlara hazır olduklarını və regional təhlükəsizlik mexanizminin işlənib hazırlanmasını nəzərdə tutduklarını bildirib.
205456

Fələstin sülh konfransı çərçivəsində İsrail tərəfi ilə status məsələsi üzrə danışıqlara hazırdır. 

Bizim.Media xəbər verir ki, bunu adı çəkilən dövlətin prezidenti Mahmud Abbas RİA “Novosti”yə müsahibəsində bildirib. 

O vurğulayıb ki, Fələstin tərəfi Ərəb Dövlətləri Liqasına üzv olan 6 ölkənin iştirakı ilə yol xəritəsi hazırlayıb və ABŞ, Avropa İttifaqı və BMT Təhlükəsizlik Şurasının müzakirəsinə təqdim edib. 
 

Dövlətin prezidenti vurğulayıb ki, təqdim olunan həll “müəyyən vaxt qrafikinə uyğun olaraq beynəlxalq sülh konfransı çərçivəsində İsraillə yekun statusla bağlı danışıqlara başlamağı və regional təhlükəsizlik mexanizminin işlənib hazırlanmasını nəzərdə tutur. 


Bu həll çərçivəsində Fələstin Milli Administrasiyası Qəzza zolağında öz funksiyalarını yerinə yetirməyə hazırdır və İsrailin İordan çayının qərb sahilində, o cümlədən, Qüdsdə bütün birtərəfli düşmənçilik hərəkətlərinə son qoyulmasını tələb edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin