“Hizbullah”: Suriya və İranın İsrailə qarşı mübarizədə iştirakına ehtiyac yoxdur

Hazırda oxunan: “Hizbullah”: Suriya və İranın İsrailə qarşı mübarizədə iştirakına ehtiyac yoxdur

205425

“Baxmayaraq ki, bu ölkələr fələstinlilərə yəhudi dövlətinə müqavimət göstərməkdə kömək edir, İran və Suriyanın İsrailə qarşı birbaşa köməyinə ehtiyac yoxdur.”

Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Livandakı “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullah deyib.
 

“Mübarizə öz axarında gedir və mən hesab edirəm ki, müqavimətin İran və Suriyanın müharibəyə birbaşa müdaxiləsinə ehtiyacı yoxdur. Onlar müqavimətə siyasi, iqtisadi və hərbi dəstək verdilər və verməyə də davam edirlər”, - deyə Nəsrullah bildirib.


Hizbullah lideri Livan daxilindəki hərəkatın əleyhdarlarına müraciət edərək əlavə edib ki, onlar təşkilatın xarici düşmənlə mübarizəsinə mane olmamalıdırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin