Fransada məhkəmə binası yaxınlığında atışma: 1 ölü, 1 yaralı var

Hazırda oxunan: Fransada məhkəmə binası yaxınlığında atışma: 1 ölü, 1 yaralı var

Fransada məhkəmə binası yaxınlığında atışma: 1 ölü, 1 yaralı var. Fransanın şərqindəki Myuluz kommunasında məhkəmə binası qarşısında bir qrup şəxsin iştirakı ilə həyata keçirilən atışma zamanı bir nəfər ölüb.
205404

Fransanın şərqindəki Myuluz kommunasında məhkəmə binası qarşısında bir qrup şəxsin iştirakı ilə həyata keçirilən atışma zamanı bir nəfər ölüb.

Bizim.Media xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.

Qeyd olunur ki, hadisə yerli vaxtla saat 15:50-də (Bakı vaxtı ilə 17:50) Robert Şuman prospektində baş verib.
 

Nəşrin məlumatına görə, iki nəfər motosikletlə küçə ilə hərəkət edərkən məhkəmənin yaxınlığında dayanmış avtomobildən onlara yaxın məsafədən atəş açılıb. Motosikletçilərdən birinin yerindəcə öldüyü, ikincisinin ağır yaralanaraq xəstəxanaya yerləşdirildiyi, hücum edənlərin qaçdığı bildirilir.


Hazırda hadisə yerində məhkəmə polisinin müstəntiqləri işləyir. “Actu17” portalının məlumatına görə, əsas versiya kimi kriminal elementlər arasında hesablaşma nəzərdən keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin