“Mənə elə gəlir ki, indi İran rəhbərliyi nə İsraillə, nə də başqa ölkələrlə Yaxın Şərqdə böyük müharibəyə başlamaq niyyətində deyil”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında Rusiya prezidenti yanında beynəlxalq əlaqələr şurasının Rəyasət Heyətinin üzvü, politoloq Boqdan Bezpalko deyib.
“Nüvə müharibəsinə şahidlik edə bilərik”
İsrailin İranda HƏMAS liderini öldürməsindən sonra İranın atacağı addımları şərh edən politoloq, Tehranın yetərli gücə malik olmadığına diqqət çəkib:
“İranın özünü xilas etmək, bu cür rəftara dözməyəcəyini nümayiş etdirmək üçün hansısa yolla İsrailə cavab zərbələri endirməsi vacibdir. Amma çətin ki, İran rəhbərliyi böyük müharibənin proloquna çevriləcək hücumlar etsin. Yaxın Şərqdə böyük bir müharibə gözlənilməz ola bilər, hətta nüvə müharibəsinə şahid ola bilərik. Əslində, bir sıra Qərb ölkələrindən və Amerika Birləşmiş Ştatlarından İran rəhbərliyinə müraciətlər göstərir ki, onlar da Yaxın Şərqdə böyük müharibənin olmasını istəmirlər”, - deyə B.Bezpalko deyib.
Müharibənin başlamasını kim istəyir?
Boqdan Bezpalko bildirib ki, münaqəşədə yeganə maraqlı tərəf Benyamin Netanyahudur.
“Xüsusən ABŞ seçkiləri yaxınlaşdıqca, prosesin bundan sonra da davam etməsi üçün hazırda gərginliyə ciddi ehtiyac var. Yaxın Şərqdə idarə olunan münaqişədə maraqlı ola biləcək yeganə ölkə İsrailin özüdür. Xüsusən də Benyamin Netanyahu. Çünki onun üçün hərbi münaqişənin alovlanması prezident seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq ABŞ-ın bu münaqişəyə qarışması deməkdir. Kamala Harris də prezident seçilsə, o, bu münaqişəyə qarışmağa məcbur olacaq. Bu səbəbdən də, İsrail münaqişədə maraqlıdır”.
Tehran Orucoğlu, Bizim.Media
- A-
- A
- A+
Dünya
09:00 / 07.08.2024
Boqdan Bezpalko: “Yaxın Şərqdə münaqişə nüvə müharibəsinə çevrilə bilər” – ÖZƏL
Hazırda oxunan: Boqdan Bezpalko: “Yaxın Şərqdə münaqişə nüvə müharibəsinə çevrilə bilər” – ÖZƏL
Hazırda oxunan: Boqdan Bezpalko: “Yaxın Şərqdə münaqişə nüvə müharibəsinə çevrilə bilər” – ÖZƏL
Boqdan Bezpalko: Yaxın Şərqdə münaqişə nüvə müharibəsinə çevrilə bilər. Rusiya prezidenti yanında beynəlxalq əlaqələr şurasının Rəyasət Heyətinin üzvü, politoloq Boqdan Bezpalko deyir ki, İran İsrailli HƏMAS liderini öldürməsindən sonra nüvə müharibəsinin yaşanabileceyini və İsrailin münaqişəyə maraqlı olduğunu vurğulayır. ABŞ seçkilərinə də toxunur.
205367
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.