BMT-nin Fələstinli Qaçqınlar üzrə Yardım Agentliyində (UNRWA) çalışan doqquz əməkdaş işdən azad olunub.
Bizim.Media Sky News-a istinadən xəbər verir ki, bu əməkdaşlar HAMAS-ın 7 oktyabrda İsrailə qarşı hücumunda iştirak etməsi ilə bağlı araşdırmadan sonra işdən qovulub.
İsrailin iddialarından sonra UNRWA-nın bəzi işçilərinin hücumda mümkün iştirakı yanvar ayından bəri araşdırılır.
BMT-nin Daxili Nəzarət Xidməti HAMAS yaraqlılarının İsrailə 7 oktyabr hücumunda UNRWA-nın doqquz əməkdaşının potensial iştirakına dair kifayət qədər sübut tapdığını bildirib.
Qeyd edək ki, İsrailin ittihamlarına cavab olaraq UNRWA HAMAS ilə hər hansı əməkdaşlığı inkar edib və təşkilat İsrailin Qəzzada apardığı müharibə nəticəsində 200-dən çox əməkdaşının öldürüldüyünü bildirib.
Xatırladaq ki, Agentlik daha əvvəl 12 işçini işdən azad etmişdi.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:26 / 06.08.2024
BMT-nin 9 əməkdaşı İsrailə hücumda iştiraka görə işdən çıxarıldı
Hazırda oxunan: BMT-nin 9 əməkdaşı İsrailə hücumda iştiraka görə işdən çıxarıldı
Hazırda oxunan: BMT-nin 9 əməkdaşı İsrailə hücumda iştiraka görə işdən çıxarıldı
BMT-nin Fələstinli Qaçqınlar üzrə Yardım Agentliyində (UNRWA) çalışan doqquz əməkdaş İsrailə hücumda iştiraka görə işdən çıxarılıb. İsrailin iddialarından sonra UNRWA-nın bəzi işçilərinin hücumda mümkün iştirakı araşdırılır.
205318
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.