Zurabişvili: “Müxalifət baş nazir vəzifəsinə vahid namizəd müəyyən edə bilməyəcək”

Hazırda oxunan: Zurabişvili: “Müxalifət baş nazir vəzifəsinə vahid namizəd müəyyən edə bilməyəcək”

205281

Ambisiyalar müxalifət partiyalarına Gürcüstanın baş naziri postuna vahid namizədlə bağlı razılığa gəlməyə imkan verməyəcək.

Bizim.Media “Sputnik Georgia”ya istinadən xəbər verir ki, bu barədə Prezident Salome Zurabişvili mətbuat konfransında bildirib.

“İnanmıram ki, siyasi fiqur olacaq baş nazir ilə bağlı razılığa gəlmək mümkün olsun, çünki hər partiyanın öz ambisiyaları və başqalarına öz baxışları var”, – o vurğulayıb.

Eyni zamanda, prezident əmindir ki, xartiyanı həyata keçirməyə borclu olacaq texniki hökumət haqqında razılaşmaq mümkündür.

Qeyd edək ki, “Gürcüstan Xartiyası” Salome Zurabişvili tərəfindən təqdim edilmiş fəaliyyət planıdır. Xartiyanın məqsədi oktyabrın 26-da keçiriləcək parlament seçkilərində avropayönlü müxalifəti birləşdirməkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin