Britaniya Baş nazirinin sözçüsü amerikalı iş adamı, milyarder İlon Maskın ölkədə vətəndaş müharibəsinin qaçılmaz olduğu ilə bağlı şərhini qınayıb.
Bizim.Media xəbər verir ki, İlon Mask Britaniyadaki iğtişaşları əks etdirən və “X” sosial şəbəkəsində “kütləvi miqrasiyanın və açıq sərhədlərin təsiri” başlığı ilə paylaşılan videoya şərh yazıb. O, şərhdə Britaniyada vətəndaş müharibəsinin qaçılmaz olduğunu deyib.
Baş nazirin sözçüsü İlon Maskı qınayıb və belə şərhlərə heç bir əsas olmadığını deyib. O, azlıq təşkil edən bu quldurların Britaniyanın tam şəkildə əks etdirmədiyini vurğulayıb.
Qeyd edək ki, İlon Maskın sahibi olduğu sosial media platforması “X”də yayılan dezinformasiyaların Britaniyadakı ifrat sağçıların iğtişaşlarını və aksiyalarını daha da gücləndirdiyi bildirilir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
19:17 / 05.08.2024
Britaniya hökumətindən İlon Maskın şərhinə SƏRT REAKSİYA - FOTO
Hazırda oxunan: Britaniya hökumətindən İlon Maskın şərhinə SƏRT REAKSİYA - FOTO
Hazırda oxunan: Britaniya hökumətindən İlon Maskın şərhinə SƏRT REAKSİYA - FOTO
205227
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.