İsrailin müdafiə naziri: “Düşmənin sürətli hücumuna hazır olmalıyıq”

Hazırda oxunan: İsrailin müdafiə naziri: “Düşmənin sürətli hücumuna hazır olmalıyıq”

205214

Xəbər verdiyimiz kimi, İsrailin müdafiə naziri Yoav Qalant İsrail Hərbi Hava Qüvvələrinin komandanlıq mərkəzində əməliyyat iclası keçirib. O bildirib ki, ölkənin aviasiya hər an hərəkətə keçməyə hazır olmalıdır.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Düşmənlərimizin hər bir hərəkətini diqqətlə nəzərdən keçiririk. Bununla belə, biz hər şeyə, o cümlədən sürətli hücuma hazır olmalıyıq”, o, Hərbi Hava Qüvvələri komandirlərinə deyib. 
 

Qalantın sözlərinə görə, İsrail Hərbi Hava Qüvvələrinin komandanı general-mayor Tomer Bar və digər yüksək rütbəli zabitlərin iştirak etdiyi görüş regionda son hadisələr fonunda keçirilib.


“Nazirə hava hücumundan müdafiə qüvvələrinin hazırlığı və hər bir istiqamət üzrə istifadə oluna bilən hücum potensialı barədə məlumat verilib”, - deyə nazirlikdən bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin