İran XİN: “Regionda münaqişənin genişlənməsinin əleyhinəyik”

Hazırda oxunan: İran XİN: “Regionda münaqişənin genişlənməsinin əleyhinəyik”

205166

“İranın topladığı bütün sübutlar Fələstin HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinin arxasında İsrailin dayandığını göstərir. İran regionda münaqişənin genişlənməsinin əleyhinədir, lakin İsrail İsmayıl Haniyənin qətlinə görə cəzalandırılmalıdır”.

Bizim.Media “reuters”ə istinadən xəbər verir ki, bunu İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani həftəlik mətbuat konfransında bildirib.

“Hər şey sübut edir ki, İsmayıl Həniyənin qətlinin arxasında İsrail dayanır. Bu qətldən İsraildən başqa heç kəs faydalanmadı və onların bəzi rəsmilərinin açıqlamaları da bunu təsdiqləyir”, - deyə Kənani vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin