Türkiyə MİT İsmayıl Haniyəyə sui-qəsdlə bağlı xəbərdarlıq edibmiş

Hazırda oxunan: Türkiyə MİT İsmayıl Haniyəyə sui-qəsdlə bağlı xəbərdarlıq edibmiş

205157

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) HƏMAS Siyasi Bürosunun baş katibi İsmayıl Haniyəyə İrana səfərindən əvvəl sui-qəsd olunacağı barədə xəbərdarlıq edib. 

Bizim.Media xəbər verir ki, bu barədə “akit” qəzeti məlumat yayıb. 

Bildirilib ki, ailə üzvlərinin öldürülməsindən sonra Türkiyəyə gələn İ.Haniyə ilə bağlı şübhəli fəaliyyətlər aşkarlanıb. Beləliklə, MİT İ.Haniyə ilə bağlı ölkədə təhlükəsizlik tədbirlərini gücləndirib. 
 

Qeyd olunub ki, MİT İ.Haniyənin Tehran səfəri ərəfəsində mobil cihazlardan, internetdən və quru nəqliyyatından istifadə ilə bağlı da ona xəbərdarlıq edib. 


Məlumata görə, MİT bundan əvvəl iki dəfə - İstanbul və Dohada İ.Haniyəyə qarşı sui-qəsd cəhdinin qarşısını alıb. 

Türkiyə hüquq- mühafizə orqanları prosesi yaxından izlədiklərini və mövzu ilə bağlı İranla fikir mübadiləsi aparmağa hazır olduqlarını diqqətə çatdırıb. 

Xatırladaq ki, İ.Haniyə iyulun 31-də İran Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak edərkən öldürülüb. Bundan sonra İran rəsmiləri İ.Haniyənin qisasının alınacağı barədə bəyanat veriblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin