"Hizbullah" İsrail-Livan sərhədində İsrail Müdafiə Qüvvələrinin komandanlıq məntəqəsinə hücum edib.
Bu barədə Bizim.Media "Al Mayadeen" telekanalına istinadən bildirir.
Məlumata görə, zərbə dron-kamikadze vasitəsilə həyata keçirilib. Onun hədəfi Ayelet Haşahar qəsəbəsi yaxınlığında yerləşdirilən İsrail ordusunun 91-ci diviziyasının qərargahı olub.
Hücum nəticəsində iki İsrail əsgəri yaralanıb.
Bizim.Media