Bu ölkədə etiraz aksiyalarında 90 nəfər ölüb

Hazırda oxunan: Bu ölkədə etiraz aksiyalarında 90 nəfər ölüb

205099

Banqladeşdə hökumət əleyhinə etirazlarda ölənlərin sayı artıb.

Bizim.Media “Le Matin” saytına istinadən xəbər verir ki, paytaxt Dəkkədə aksiyalar hökumət tərəfdarları və əleyhdarları kütləvi toqquşmalarla müşayiət olunub.

Tərəflər bir-birinə soyuq silah və küt alətlərlə hücum ediblər. Polis narazı kütləni sakitləşdirmək üçün döyüş güllələri tətbiq edib.

Son məlumata görə, toqquşmalarda 90-dan çox şəxs həyatını itirib. Onlardan 14-ü polis əməkdaşıdır.

Ümumilikdə iyulda başlayan etiraz aksiyaları indiyədək 300-dək banqladeşlinin həyatını itirməsi ilə nəticələnib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin