Britaniyada 90-dan çox aksiya iştirakçısı TUTULDU

Hazırda oxunan: Britaniyada 90-dan çox aksiya iştirakçısı TUTULDU

205009

Britaniyanın müxtəlif şəhərlərində radikal sağçı qrupların keçirdiyi aksiyalar davam edir.

Bizim.Media xəbər verir ki, Bristol, Lids, Sanderlend, Blekpul, Stok-on-Trent, Mançester və Hull şəhərlərində təşkil olunan aksiyalar zamanı polis 90-dan çox nümayişçini saxlayıb.
 

Nümayişlər zamanı polis əməkdaşları hücuma məruz qalıb və yaralanıblar. Ən şiddətli zorakılıq Liverpulda baş verib. Orada iki polis əməkdaşı xəstəxanaya yerləşdirilib.


Baş nazir Kir Starmer hökumətin polis qüvvələrinə ifrat sağçılara qarşı tədbir görməsi üçün tam dəstək verəcəyini deyib.

Qeyd edək ki, iyulun 29-da İngiltərənin Sautport şəhərində 17 yaşlı bıçaqlı şəxs şəhərdəki rəqs məktəblərindən birində uşaqlara hücum edib. Nəticədə 9 uşaq yaralanıb, 3 uşaq isə aldığı zərbələrdən xəstəxanada həyatını itirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin