Qazaxıstanda 5,8 bal gücündə zəlzələ oldu

Hazırda oxunan: Qazaxıstanda 5,8 bal gücündə zəlzələ oldu

204821

Qazaxıstanın seysmik stansiyalar şəbəkəsi avqustun 2-də saat 23:15-də (Bakı vaxtı ilə 22:15) Şərqi Qazaxıstan vilayətində 5,8 bal gücündə zəlzələ qeydə alıb. 

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Qeyd olunub ki, zəlzələnin episentri Almatıdan 859 km şimal-şərqdə Qazaxıstan ərazisində (Şərqi Qazaxıstan vilayəti) yerləşib. 

Yeraltı təkanlar Ust-Kamenoqorskda iki-üç bal gücündə hiss olunub. Tələfat və dağıntılar barədə məlumat yoxdur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin