“Amerika prezidenti Co Bayden Rusiya ilə Qərb ölkələri arasında əsirlərin mübadiləsi prosesində iştirak etməyib”.
Bizim.Media xəbər verir ki, bu sözləri “Belarus Seqodnya” nəşrinə müsahibəsində Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
Lukaşenkonun sözlərinə görə, Bayden bu barədə danışmaqla öz nüfuzunu artırmağa çalışır.
Lukaşenko qeyd edib ki, mübadilə yalnız kəşfiyyat xidmətləri vasitəsilə təşkil olunub, hətta diplomatlar da prosesdə iştirak etməyiblər:
“Eyni zamanda Belarus tərəfi də mübadiləyə hər cür köməklik göstərib. Bizdən soruşdular - biz də qoşulduq, bacardığımız qədər kömək etdik”.
Xatırladaq ki, avqustun 1-də Ankarada Rusiya ilə Qərb arasında məhbus mübadiləsi baş tutub. Mübadilə çərçivəsində Rusiyada saxlanılan 3 amerikalı və ABŞ-da saxlanılan 8 rusiyalı qarşı tərəfə təhvil verilib.
Bizim.Media