İran XİN: “İsrailə qarşı yumşaq davranmayacağıq”

Hazırda oxunan: İran XİN: “İsrailə qarşı yumşaq davranmayacağıq”

204727

İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kani Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra İranın İsrailə qarşı tolerantlıq nümayiş etdirməyəcəyini bildirib.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, diplomat bu barədə İordaniyanın baş nazirinin müavini və xarici işlər naziri Ayman əs-Səfədi ilə telefon danışığında bildirib.

“Şübhəsiz ki, İran İslam Respublikası İsrailə qarşı heç bir yumşaqlıq nümayiş etdirmədən, ədalətli tədbirlər həyata keçirəcək”, - deyə o, vurğulayıb.

Qeyd edək ki, daha əvvəl CNN telekanalı ABŞ dövlət katibi Entoni Blinkenin İrandan İsrailə qarşı cavab tədbirləri görməməsini xahiş etdiyi ilə bağlı məlumat yayıb.

Bundan əlavə, Qərb mətbuatının iddialarına görə, İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Əli Xamenei İsrailə birbaşa zərbə endirmək əmri verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin