SORĞU: Tramp Kamala Harrisi QABAQLAYIR

Hazırda oxunan: SORĞU: Tramp Kamala Harrisi QABAQLAYIR

204711

Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp amerikalı seçicilər arasında dəstək səviyyəsinə görə, vitse-prezident Kamala Harrisi 5 faiz bəndi qabaqlayır.

Bizim.Media xəbər verir ki, bunu “Rasmussen Reports” təşkilatının apardığı sosioloji rəy sorğusunun nəticələri göstərib.
 

Məlumata görə, sorğu iştirakçılarının 49 faizi prezident seçkilərində Donald Trampı, 44 faizi Kamala Harrisi dəstəkləməyə hazırdır. Respondentlərin 4 faizi isə qarşıdakı seçkilərdə digər bir namizədə səs verəcəklərini söyləyib.


Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-nə təyin olunub. Demokratlar partiyasının seçkilərdə ölkənin hazırkı prezidenti Cozef Bayden tərəfindən təmsil olunacağı güman edilsə də, o, iyulun 21-də dövlət başçısı postuna yenidən seçilmək istəmədiyini elan edib və vitse-prezident Kamala Harrisin namizədliyini dəstəklədiyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin