ABŞ-a qarşı 11 sentyabr 2001-ci il hücumlarını planlaşdırmaqda təqsirləndirilən şəxslərdən üçü ilə məhkəməyə qədər razılaşma əldə edilib.
Bizim.Media “BBC”-yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
Məlumatda qeyd edilib ki, ittiham olunan Xalid Şeyx Məhəmməd, Vəlid Məhəmməd Salih Mübarək Bin Attaş və Mustafa Əhməd Adam əl-Həvsəvi illərlə Kubanın Quantanamo həbsxanasındakı ABŞ Hərbi Dəniz Qüvvələri bazasında mühakimə olunmadan saxlanılırdılar.
Razılaşmanın təfərrüatları hələ açıqlanmayıb, lakin yerli KİV bildirir ki, ittiham olunan şəxslər məhkəmədən ölüm cəzası verilməməsi qarşılığında günahlarını etiraf edəcəklərini deyiblər.
“Mühakimə öncəsi razılaşmaların konkret şərtləri və təklifləri hazırda ictimaiyyət üçün açıq deyil”, - ABŞ MN bildirib.
Hərbi məhkəməyə müraciətin gələn həftənin əvvəlində verilməsi nəzərdə tutulub.
Hücumlarda həyat yoldaşı ölən Jim Smith “New York Post qəzetinə” açıqlamasında qurbanların ailələrinin faciəni törədən şəxslərə ən yüksək cəza verilməsini tələb etdiyini bildirib: “Onların yaxınlarımıza etdiklərini etiraf etməyi üçün 23 il gözləmişik. Onlar bizim sevdiklərimizi əlimizdən aldılar. Bu şəxslər ən yüksək cəzaya layiqdilər".
Xatırladaq ki, Nyu York, Virciniya və Pensilvaniya ştatlarında 3000-ə yaxın insan həlak olub. Bu səbəbə görə ABŞ "Terrora qarşı Müharibə" elan edib və Əfqanıstanla İraqın işğalına səbəb olan hücumlara başlayıb.
Qeyd edək ki, ittiham olunan şəxslərdən biri Xalid Şeyx Məhəmməd, sərnişin təyyarəsini qaçıraraq Nyu Yorkdakı Dünya Ticarət Mərkəzinə və Vaşinqtondan kənarda yerləşən Pentaqona çırpdıqları hücumun memarı hesab olunur.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:33 / 01.08.2024
ABŞ-da 11 sentyabr hadisələrini törədən şəxslər məhkəmə ilə razılığa gəldi - FOTO
Hazırda oxunan: ABŞ-da 11 sentyabr hadisələrini törədən şəxslər məhkəmə ilə razılığa gəldi - FOTO
Hazırda oxunan: ABŞ-da 11 sentyabr hadisələrini törədən şəxslər məhkəmə ilə razılığa gəldi - FOTO
204554
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.