Blinken: “HƏMAS liderinin ölümü ilə heç bir əlaqəmiz yoxdur”

Hazırda oxunan: Blinken: “HƏMAS liderinin ölümü ilə heç bir əlaqəmiz yoxdur”

204543

“ABŞ-ın HƏMAS liderinin ölümü ilə əlaqəsi yoxdur”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Sinqapurda səfərdə olan ABŞ Dövlət katibi Antoni Blinken “Channel News Asia”ya müsahibəsində deyib.

“Bizim bu barədə məlumatımız olmayıb və ABŞ-ın bu məsələ ilə əlaqəsi yoxdur”, - deyə A.Blinken qeyd edib. 

O həmçinin əlavə edib ki, Yaxın Şərqdə atəşkəsə nail olmaq vacibdir: 

“Biz bunun üzərində işləməyə davam edəcəyik. Qəzzada fələstinlilərin iztirablarına son qoymağa kömək etmək həyati əhəmiyyət kəsb edir. Bir sıra amerikalılar da daxil olmaqla, girovları azad etmək çox vacibdir”.

Qeyd edək ki, HƏMAS-ın siyasi bürosunun lideri İsmayıl Haniyə dünən gecə saatlarında Tehrandakı iqamətgahına endirilən raket zərbəsi nəticəsində həyatını itirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin