HƏMAS liderinin qətli ilə bağlı BMT Təhlükəsizlik Şurası fövqəladə iclas keçirəcək

Hazırda oxunan: HƏMAS liderinin qətli ilə bağlı BMT Təhlükəsizlik Şurası fövqəladə iclas keçirəcək

204505

Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəisi İsmayıl Haniyənin iyulun 31-də İranda öldürülməsi ilə bağlı BMT Təhlükəsizlik Şurası (TŞ) bu gün  fövqəladə iclas keçirəcək.

Bizim.Media xəbər verir ki, bu barədə BMT TŞ-nin dövri sədri Rusiyanın dünya təşkilatındakı daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski məlumat yayıb.

“İranın Çin, Əlcəzair və Rusiya tərəfindən dəstəklənən sorğusu ilə sədrliyimiz Nyu-York vaxtı ilə 31 iyul saat 16:00-da (Bakı vaxtı ilə avqustun 1-i saat 00:00-da) Tehranda HƏMAS Siyasi Bürosunun rəisi İ.Haniyənin öldürülməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını təyin edib”, – deyə Polyanski qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin