İsmayıl Həniyənin ölümündən sonra oğlu və gəlini danışdı -FOTO/VİDEO

Hazırda oxunan: İsmayıl Həniyənin ölümündən sonra oğlu və gəlini danışdı -FOTO/VİDEO

204464

HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyənin ölümündən sonra oğlu və gəlini danışıblar.

Bizim.Media xəbər verir ki, HƏMAS liderinin oğlu Əbdüssalam Həniyə atası ilə qürur duyduğunu bildirərək deyib:

“Atamın qanı ən kiçik fələstinli uşağın belə qanından qiymətli deyil. Atam dəfələrlə sui-qəsdə məruz qalıb, ancaq hamısından sağ çıxmışdı. Bu gün isə o, istədiyi şəhadətə çatıb”.

İsmayıl Həniyənin gəlini də öz hisslərini ağlayaraq bölüşüb:

“İlahi qədərə razı olan qəlblərimizlə tərifə ehtiyacı olmayan bir insanın şəhadətinə görə başsağlığı diləyirik. O, mənim atam, başımın tacı, gözümün nuru olub. Allahın rizası xaricində heç bir şeyi ifadə etmirik. Allahın izni ilə görüşümüz cənnətdə olacaq. O, şəhid övladları sırasına qoşuldu. Əlvida, millətin lideri!”.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin