İngiltərədə əhali küçələrə axışdı: 50 polis yaralandı - FOTO

Hazırda oxunan: İngiltərədə əhali küçələrə axışdı: 50 polis yaralandı - FOTO

204435

İngiltərənin Sautport şəhərində etirazçılar və polis arasında qarşıdurma yaranıb.

Bizim.Media “Sky News” kanalına istinadən xəbər verir ki, hadisə nəticəsində 50 polis əməkdaşı yaralanıb, onlardan 27-si xəstəxanaya aparılıb. Polis maşını etirazçılar tərəfindən yandırılıb.

Qeyd edək ki, iyulun 29-da Sautport şəhərində 17 yaşlı əli bıçaqlı şəxs şəhərdəki rəqs məktəblərindən birində uşaqlara hücum edib. Nəticədə 9 uşaq yaralanıb, 3 uşaq isə aldığı zərbələrdən xəstəxanada həyatını itirib. Etirazçılar və polis arasındakı qarşıdurma isə dünən gecə (iyulun 30-da) qurbanların xatirəsini yad etmək üçün keçirilən dinc aksiyadan bir neçə saat sonra baş verib.

Sautport üzrə deputat Patrik Hörli iğtişaşçıların bu şəhərdə yaşamadığını, başqa bölgələrdən bura üz tutduqlarını açıqlayıb:

"Bu şəxslər Sautportda yaşamırlar. Onlar hadisədən zorakılıq və nifrət yaratmaq üçün istifadə etdilər və bu, həyatını itirən uşaqların valideynlərinin istədiyi bir şey deyil. Etirazçıların bu hərəkəti ailələrə qarşı böyük bir hörmətsizlikdir", - deyə açıqlama verib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin