Pezeşkiandan Haniyənin ölümü ilə bağlı XƏBƏRDARLIQ – “Onları peşman edəcəyik”

Hazırda oxunan: Pezeşkiandan Haniyənin ölümü ilə bağlı XƏBƏRDARLIQ – “Onları peşman edəcəyik”

204406

İran Prezidenti Pezeşkian HƏMAS liderinin ölümü ilə bağlı xəbərdarlıq edib.

Bizim.Media xəbər verir ki, bu barədə Prezident öz “X” hesabında məlumat yayıb.

“Bu gün əziz İran öz kədər və sevinc şəriki, müqavimət yolunun daimi və fəxr yoldaşı, Fələstin müqavimətinin cəsur lideri, Qüds şəhidi Hacı İsmayıl Həniyə üçün matəmdədir. Dünən onun qalib əlini qaldırdım və bu gün onu çiyinlərimdə dəfn etməliyəm”,- o, qeyd edib.

Pezeşkian əlavə edib ki, bu hadisə İran və Fələstin xalqı arasındakı əlaqələri möhkəmləndircək.

“İran İslam Respublikası öz ərazi bütövlüyünü, şərəfini qoruyacaq və terrorçu işğalçıları qorxaq əməllərinə görə peşman edəcək”,- İran Prezidenti vurğulayıb.

Xatırladaq ki, Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənə sui-qəsd yerli vaxtla gecə saat 02:00-da idarə olunan raketdən istifadə edilməklə həyata keçirilib. Nəticədə HƏMAS rəhbəri və onun mühafizəçisi həlak olub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin