Qəzzada Hepatit A virusu sürətlə YAYILIR

Hazırda oxunan: Qəzzada Hepatit A virusu sürətlə YAYILIR

Qəzzada Hepatit A virusunun sürətlə yayılması ilə bağlı UNRWA-nın açıqlaması.
204322

Qəzza zolağında Hepatit A xəstələrinin sayı, 40 min nəfərə çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Yaxın Şərq Agentliyi (UNRWA) məlumat yayıb.

Məlumata görə, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsinə qədər isə bölgədə cəmi 85 yoluxma halı var idi.

Qeyd edilib ki, hər həftə Qəzzada 800-dən 1000-ə qədər yeni yoluxma halları qeydə alınır.
 

Xüsusilə Hepatit A UNRWA tərəfindən Qəzza sakinləri üçün təşkil edilmiş sığınacaqlarda yayılmağa davam edir. 


Xəstəliyin yayılmasına səbəb sığınacaqlarda yer, təmiz su və gigiyena vasitələrinin çatışmazlığıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin