Rəsmi Ankara Vaşinqtondan son model olan F-35 qırıcıları ilə bağlı problemi həll etmək üçün bir məktub alıb.
Bizim.Media xəbər verir ki, informasiyanı Türkiyənin NTV kanalı müdafiə sənayesi idarəsinin başçısı İsmayıl Dəmirə istinadən yayıb.
Mənbə bildirir ki, bu, iki ölkə arasındakı dialoqun başlanğıcı deməkdir. Qeyd edək ki, Türkiyəyə F-35-in tədarükü Rusiyanın S-400 hava müdafiə sistemlərini alması səbəbiylə dondurulmuşdu.
"Artıq heç bir ölkənin F-35 proqramından birtərəfli qaydada kənarlaşdırıla bilməyəcəyini söylədik. ABŞ-dan gələn son məktub da günahsız olduğumuzu təsdiqlədi. Bu dialoq F-35 ilə bağlı problemin həll yolunu tapacaq”, deyə Dəmir vurğulayıb.
Xatırladaq ki, Amerika Birləşmiş Ştatları F-35 qırıcılarının istehsalı üçün Türkiyə ilə 2007-ci ilin yanvarında imzaladığı ortaq memorandumu ləğv edərək bu layihədə qalan yeddi tərəfdaşla (Britaniya, İtaliya, Niderland, Avstraliya, Danimarka, Kanada və Norveç) imzalamışdı.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:43 / 07.05.2021
Ankaranın daha bir UĞURU: ABŞ Türkiyə ilə F-35 mövzusunda dialoqa başlayır
Hazırda oxunan: Ankaranın daha bir UĞURU: ABŞ Türkiyə ilə F-35 mövzusunda dialoqa başlayır
Hazırda oxunan: Ankaranın daha bir UĞURU: ABŞ Türkiyə ilə F-35 mövzusunda dialoqa başlayır
20422
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.