Türkiyədə sahibsiz itlərlə pis davranan bələdiyyə işçiləri həbs ediləcək - YENİ QANUN

Hazırda oxunan: Türkiyədə sahibsiz itlərlə pis davranan bələdiyyə işçiləri həbs ediləcək - YENİ QANUN

204213

Türkiyə parlamenti sahibsiz itlərlə pis davranan bələdiyyə işçilərinə 6 aydan iki ilədək həbs cəzası nəzərdə tutan qanun layihəsini qəbul edib.

Bizim.Media xəbər verir ki, bu barədə türk mətbuatı yazıb.

Hakim Ədalət və İnkişaf Partiyasının hazırladığı qanun layihəsində ilkin olaraq sahibsiz itlərin sahiblərini tapmadıqları təqdirdə (sığınacağa daxil olduqları andan 30 gün ərzində) evtanaziya edilməsi nəzərdə tutulurdu. Bu isə cəmiyyətdə kəskin tənqidlərə səbəb oldu və “evtanaziya” ifadəsi sənəddən çıxarıldı.

İndi insanların həyat və sağlamlığı üçün təhlükə yaradan və ya sağalmaz xəstəliklərdən əziyyət çəkən sahibsiz heyvanlara qarşı evtanizasiya qərarı yalnız mütəxəssislər tərəfindən veriləcək.

Qanun layihəsində həmçinin evsiz heyvanların sığınacaqlardan kənarda qalmasına qadağa qoyulması, onların 2025-ci ilin sonuna qədər məcburi qeydiyyata alınması, 2028-ci ilin sonuna qədər iri şəhərlərdə və bələdiyyələrdə sığınacaqların açılması nəzərdə tutulur.

Həmçinin, sahibləri ev heyvanlarını (pişik və ya itlər) küçəyə atsalar və onlarla pis rəftar etsələr, 60 min türk lirəsinə qədər (1825 ABŞ dolları) cərimə ediləcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin