Argentina prezidenti Xavyer Miley Venesuela Prezidenti Nikolas Maduronu “diktator” adlandıraraq əhalini dövlət çevrilişinə çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə X.Miley öz sosial media hesabında paylaşım edib.
O qeyd edib ki, prezident seçkiləri ədalətsiz təşkil edilib.
“Argentina növbəti saxtakarlığı tanımaq niyyətində deyil və ümid edir ki, Venesuela Silahlı Qüvvələri bu dəfə demokratiyanı və xalqın iradəsini müdafiə edəcək. Latın Amerikasında azadlıq irəliləyir”,- Xavyer Miley bildirib.
Qeyd edək ki, Nikolas Maduronun Venesuelada keçirilən prezident seçkilərində yenidən seçilməsini Argentina höküməti tanımamışdı.
Bizim.Media