Ərdoğan Bəşər Əsəd ilə avqustda görüşəcək?

Hazırda oxunan: Ərdoğan Bəşər Əsəd ilə avqustda görüşəcək?

204034

Türkiyə və Suriya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Bəşər Əsəd arasında 2011-ci ildən bəri ilk görüşün avqustda baş tutması ehtimalı yüksəkdir.

Bizim.Media “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, danışıqlar Moskvada, Bağdadda və ya Suriya-Türkiyə sərhədindəki keçid məntəqəsində baş tuta bilər. Rusiya və İraq Ərdoğanla Əsəd arasında görüş təşkil etmək üçün “təşəbbüs” göstərirlər.

Qəzetin köşə yazarı xatırladır ki, iyulun 23-də Moskvada Rusiya və Suriya prezidentləri Vladimir Putin ilə Bəşər Əsədin görüşü olub.
 

Bundan iki gün sonra Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Müəllifin fikrincə, bu təmaslar diplomatiya mətbəxində nəyinsə hazırlandığını göstərir.


Ərdoğanın Fidana Əsədlə görüşə hazırlaşmaq səlahiyyəti verdiyini xatırladan jurnalist qeyd edir ki, nazir Suriya tərəfinin qarşıdakı danışıqlarla bağlı ilkin şərt irəli sürmədiyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin