Türkiyənin İstanbulda yerləşən məscidlərdən birinin imamına oxla xəsarət yetirilib.
Bizim.Media “İhlas Xəbər Agentliyi”nə istinadən xəbər verir ki, Muhammed Fatih adlı şəxs "Necattin" məscidinin imamı Dursun Kuru ilə naməlum səbəbdən mübahisə etməyə başlayıb.
Məlumata görə, mübahisədən sonra məsciddən çıxan Fatih bir müddət sonra əlində oxla geri qayıdıb və imamı oxla vuraraq sağ çiynindən yaralayıb.
Daha sonra Mehmet Fatih hadisə şahidləri tərəfindən saxlanılıb. Hadisə yerinə polis və təcili yardım çağırılıb. İmam xəstəxanaya yerləşdirilib.
Hücum edən şəxs isə həbs edilib.
Bizim.Media