Bir medalın iki ÜZÜ – Kimin qələbəsi dünyanı XAOSA SÜRÜKLƏYƏCƏK? 

Hazırda oxunan: Bir medalın iki ÜZÜ – Kimin qələbəsi dünyanı XAOSA SÜRÜKLƏYƏCƏK? 

ABŞ-da növbəti prezident seçkiləri maraqlı hadisələrlə keçirilir. Demokratlar və Respublikaçılar arasındakı fərqlər dünya siyasətini də dəyişdirəcək miqyasda idi. İki partiyanın nəzarəti dünyaya hansı istiqamətdə sürüklənəcək? Bu məqalədə seçkilərlə bağlı mühüm məqamlar və fərqlər ətraflı şəkildə izah olunub.

203198

Dünyanın supergücü ABŞ-da növbəti prezident seçkiləri öz qızğın mərhələsinə qədəm qoyur. Ölkənin iki aparıcı partiyası arasında gedən birincilik uğrunda mübarizənin nəticəsi təkcə Amerika xalqı üçün yox, bütün dünya üçün maraqlıdır, önəmlidir. Çünki bir çox ölkələrin taleyi bir qayda olaraq Ağ Evdə həll olunur. Ona görə də hazırda bütün diqqət okeanın o tayına yönəlib. 

ABŞ-da nə baş verir?

Nəzərə alaq ki, ABŞ-da budəfəki seçkilər prosesində maraqlı hadisələr baş verdi. 10 gün əvvəl respublikaçıların prezidentliyə namizədi Donald Trampa sui-qəsd edildi. Möcüzə sayəsində Tramp sağ qaldı. Bundan bir həftə sonra isə Demokratlar Partiyasının prezidentliyə namizədi Co Bayden seçkilərdən geri çəkildi. Demokratlar tez-tələsik yeni namizədlərinin- vitse-prezident Kamala Harrisin ətrafında birləşdilər. Çünki vaxtın az qalması demokratlara alternativ variant imkanı vermədi. 
 

MÖVZU İLƏ BAĞLI:

Harris ABŞ prezident seçkilərində namizəd olmaq üçün kifayət qədər səs toplayıb – KİV  


Bu azmış kimi ötən gün məlumat yayıldı ki, Co Baydenin səhətində ciddi problemlər var. Ola bilsin ki, o noyabra qədər öz vəzifəsini icra edə bilməsin. 

Bir medalın iki üzü

Bəri başdan deyək ki, ABŞ-da çox sayda partiyalar olsa da, prezident seçkilərinə bir qayda olaraq Demokratlar və Respublikaçılar partiyaları qatılır. Ümumilikdə isə ölkəni bu iki partiya idarə edir.  “Centlmen razılaşma”ya görə bir partiya qanunverici orqanda əsas söz sahibi olanda, digər partiya icra orqanının başına keçir. Maraqlıdır ki, son 25 ildə ali icra orqanında Demokratlar daha çox təmsil olunub. Bununla belə qanunverici orqanda və ştatlarda reapublikaçılar daha böyük qüvvə ilə təmsil olunurlar. 

Hakimiyyətin bu cür bölüşdürülməsi hakimiyyətdə bir partiyanın dominantlığına “qırmızı işıq” yaradılması kimi görünsə də, əslində bu formal demokratiya görüntüsü mahiyyəti daşıyır. Çünki onilliklər boyu hakimiyyətin yalnız 2 partiya arasında bölüşdürülməsi heç zaman demokratiyanın təntənəsi ola bilməz. 

Bəs bu iki partiya arasında prinsipial fərq nədir?

Bəri başdan deyək ki, hər iki partiya ABŞ-ın daha uzun müddətə super güc olmasını hədəfləyib. Lakin bu məqsəd üçün partiyaların fərqli yanaşmaları var. Məsələn, demokratlar hər zaman güclü hakimiyyət barədə düşünürlər. Bu hakimiyyət təkcə Amerika dövlətinin və xalqının idarə olunması üçün yox,  həm də dünya idarəçiliyi üçün nəzərdə tutulur. 

Demokratların dünyanı idarəetmədə daha radikal yolu seçirlər. Hərbi gücə arxalanırlar. Təsadüfi deyil ki, son 30 ildə dünyada yaradılan bütün münaqişə ocaqlarında demokratların birbaşa “əməyi” var. Onlar “parçala hökm sür” siyasəti ilə dünya ölkələrini bir-birinə qarşı qoyur və bundan siyasi-iqtisadi dividend əldə edirlər.

Respublikaçılarsa güclü dövlət prinsipinə sadiqdirlər. Amma onlar bu gücü hərbi münaqişələrdən yox, bank-maliyyə, bir sözlə iqtisadiyyatdan almağa çalışırlar. Respublikaçılar çalışır ki, ABŞ-ın daxilində davamlı iqtisadi sabitlik olsun və amerikalılar dünyanın “ağ adam”ı kimi daha yaxşı yaşasınlar.  

Təsadüfi deyil ki, onların hakimiyyəti dövründə əcnəbilərə qarşı qanunlar daha da sərtləşdirilir. Yerli əhalinin sosial müdafiəsi daha da gücləndirilir. Təbii ki, iqtisadi gücün artırılması da əsas hədəfdir. Bir sözlə, respublikaçılar dünyanı dollar və digər “rıçaq”larla idarə etməyə çalışdığı halda, demokratlar daha radikal və təhlükəli vasitəyə-müharibələrə üstünlük verirlər. 
Amma bütün hallarda məzmun fərqliliyi olsa da mahiyyət eynidir. Həm demokratlar, həm də respublikaçılar dünya idarəçiliyi iddiasını öz siyasətlərində ana xətt kimi müəyyən ediblər. 

Bununla belə respublikaçıların yanaşması daha liberal olduğu üçün dünya ölkələri dolayısı ilə onların növbəti seçkilərdə qələbəsini istəyir.

Təsadüfi deyil ki,  “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumda da bu mövzuya toxunulub.

Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın bu ilin noyabrında ABŞ-də keçiriləcək prezident seçkiləri ilə bağlı fikri və namizəd seçimi ilə bağlı sualına cavabında Azərbaycan Prezidenti qeyd edib ki, birmənalı cavab vermək düzgün olmazdı:

“Biz bu məsələyə öz nöqteyi-nəzərimizdən yanaşırıq. Qərarı Amerika xalqı verəcək. Bu, onların prezidentidir. Lakin bu eyni zamanda bütün dünya üçün xüsusi əhəmiyyətə malikdir. Çünki ABŞ-nin birinci şəxsi tərəfindən verilən qərarlardan bir çox xalqların taleyi asılıdır. Əsas tezislərdən birini Prezident Tramp davam edən kampaniya çərçivəsində səsləndirmişdi ki, müharibələr olmasın. Onun dövründə Koreya, Vyetnam, Əfqanıstan, Liviya, Suriyada müharibələr olmayıb və bu siyahı davam edə bilər. Düşünürəm ki, buna hörmətlə yanaşmağa dəyər”. 

Bu diplomatik yanaşma isə təbii ki, demokratlarla respublikaçılar arasındakı fərqi göstərən təkzibolunmaz arqumentdir.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin