Bayden namizədliyini geri çəkdikdən sonra dollar DƏYƏRDƏN DÜŞDÜ

Hazırda oxunan: Bayden namizədliyini geri çəkdikdən sonra dollar DƏYƏRDƏN DÜŞDÜ

203128

Co Bayden ABŞ prezidentliyinə namizədliyini geri çəkdikdən sonra dollar xarici valyutalar qarşısında dəyərdən düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Bildirilib ki, dolların indeksi xarici valyutalara nisbətən 0.1% azalaraq 104.30 səviyyəsinə enib.

Qlobal Forex tədqiqatının rəhbəri Athanasios Vamvakidis Baydenin sözügedən hərəkətinin təsirini qiymətləndirmək üçün hələ tez olduğunu, eyni zamanda prezident seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq dolların güclü qalacağını iddia edib.

"Son bir həftə ərzində baş verənlər bizə göstərdi ki, namizədlər dollarla bağlı şərh vermədikcə dolların dəyərinin dəyişməsini onlarla əlaqələndirmək olmaz", - rəhbər əlavə edib.
Məlumatda qeyd edilib ki, Avstraliya dolları da Baydenin geri çəkilməsi xəbərindən sonra təxminən eyni dəyərdə, yəni əvvəlkinə nisbətən 0,30% ucuzlaşaraq 0,6659 dollara düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin