“Cozef Bayden dörd il müddətində ölkəni Donald Tramp administrasiyasını xarakterizə edən xaos, yalan və parçalanmadan qorudu”.
Bizim.Media xəbər verir ki, bu sözləri keçmiş ABŞ prezidenti Barak Obama Bayden haqqındakı yazılı açıqlamasında qeyd edib.
Keçmiş prezident Obama Baydenə prezidentliyi müddətində gördüyü işlərə görə təşəkkür edib.
"Hələlik, Mişel və mən bu təhlükəli dövrlərdə bizə bu qədər bacarıqla və cəsarətlə rəhbərlik etdiklərinə və bu ölkənin əsasını qoyduğu azadlıq və bərabərlik ideallarına sadiq olduqlarına görə Joe və Jill-ə sevgimizi və minnətdarlığımızı bildirmək istəyirik"- o, qeyd edib.
Obama Baydenin qərarına hörmətlə yanaşdığını və güvəndiyini bildirsə də, yazısında Kamala Harrisə yer verməyib.
Xatırladaq ki, Cozef Bayden 2024-cü il keçiriləcək prezident seçkilərində namizədliyini Kamala Harrisin xeyrinə geri götürüb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:24 / 22.07.2024
Baydenin namizədlikdən imtina etməsi ilə bağlı Obamadan MARAQLI AÇIQLAMA
Hazırda oxunan: Baydenin namizədlikdən imtina etməsi ilə bağlı Obamadan MARAQLI AÇIQLAMA
Hazırda oxunan: Baydenin namizədlikdən imtina etməsi ilə bağlı Obamadan MARAQLI AÇIQLAMA
Barak Obama, Cozef Baydenin namizədlikdən imtina etməsi ilə bağlı maraqlı açıqlama edib və Baydeni təbrik edib, həmçinin ABŞ prezidentliyi müddətində göstərdiyi işlər üçün minnətdarlığını bildirib.
203039
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.