Zelenskidən Baydenin qərarına REAKSİYA: “Ağır, lakin güclü…" 

Hazırda oxunan: Zelenskidən Baydenin qərarına REAKSİYA: “Ağır, lakin güclü…" 

Zelenski, Baydenin seçki yarışından çəkildiyi qərarına reaksiya göstərib və Ukraynanın azadlıq uğrunda mübarizəsinə verdiyi dəstəyə minnətdar olduğunu vurğulayıb.

203036

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ın hazırkı prezidenti Co Baydenin özünü seçki yarışından kənarlaşdırmasına münasibət bildirib. 

Bizim.Media xəbər verir ki, bu barədə Zelenski sosial şəbəkədə paylaşım edib. 

O, Baydenə Ukraynaya verdiyi dəstəyə görə təşəkkür edib və bunun kritik əhəmiyyət daşıdığını vurğulayıb. 

“Ukrayna ABŞ prezidenti Co Baydenə Ukraynanın azadlıq uğrunda mübarizəsinə verdiyi dəstəyə görə minnətdardır. Bu, ABŞ-dakı güclü ikipartiyalı dəstəyi ilə birlikdə kritik əhəmiyyətə malik olub və olmaqda davam edir”, - deyə Zelenski bildirib. 

Ukrayna Prezidenti qeyd edib ki, son illər bir çox mühüm qərarlar qəbul edilib və onlar Baydenin çətin anlara cavab olaraq atdığı cəsarətli addımlar kimi yadda qalacaq. 

“Biz ağır, lakin güclü qərara hörmətlə yanaşırıq. Bayden tarixin ən dramatik anında ölkəmizin yanında olub və bu dəhşətli müharibədə bizə dəstək olmağa davam edib”, - deyə Zelenski əlavə edib. 
Qeyd edək ki, Demokratlar Partiyasının namizədi olan ABŞ Prezidenti Co Bayden prezidentlik yarışından çıxıb və namizədliyini geri götürdüyünü açıqlayıb. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin