Avstraliyanın müxtəlif ştatlarında bəzi qurum və təşkilatların, o cümlədən bankların və aviasiya sənayesinin əməliyyat sistemlərinə təsir edən fasilə yaranıb.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Avstraliyanın ABC News telekanalında yer alan xəbərə görə, yayım təşkilatının sistemləri də daxil olmaqla bir çox sektorun əməliyyat sistemlərində fasilələr yaranıb.
Bu səbəbdən nəqliyyat, bank, ödəniş cihazlarında, hava limanlarında qeydiyyat sistemlərində, supermarketlərdə nəzarət-kassa aparatlarının əməliyyat sistemlərində, yanacaqdoldurma məntəqələrində və bir çox digər sahələrdə xəta xəbərdarlığı edildiyi, sistemlərin yararsız hala düşdüyü qeyd edilib.
Avstraliya hökumətindən verilən açıqlamaya görə, problemin dünya miqyasında yaranan kəsilmə nəticəsində yarana biləcəyi bildirilib. Qeyd edilib ki, problemin həlli istiqamətində kibertəhlükəsizlik qurumları ilə birgə iş aparılır.
Digər tərəfdən, Microsoft, müxtəlif Microsoft 365 tətbiq və xidmətlərinə təsir edən bir problemi araşdırdığını açıqlayıb.
Mütəxəssislər hesab edirlər ki, bu bütün dünyada kompyuter sistemlərinə təsir edən problem Microsoft-un yaşadığı texniki problemlərlə bağlıdır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:25 / 19.07.2024
Bir çox sektora təsir edən kompyuter sistemlərində nasazlıq yaranıb
Hazırda oxunan: Bir çox sektora təsir edən kompyuter sistemlərində nasazlıq yaranıb
Hazırda oxunan: Bir çox sektora təsir edən kompyuter sistemlərində nasazlıq yaranıb
Avstraliyada kompyuter sistemlərində fasilə yaranıb, nəqliyyat, bank, hava limanları və digər sahələrdə sistemlərin yararsız hala düşdüyü bildirilir. Microsoft isə Microsoft 365 tətbiq və xidmətlərinə təsir edən problemi araşdırır.
202683
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.