“Tramp 14 əsas ştatda Baydeni qabaqlayır” – KİV  

Hazırda oxunan: “Tramp 14 əsas ştatda Baydeni qabaqlayır” – KİV  

202415

ABŞ prezidenti postu uğrunda seçki yarışında Donald Trampa dəstək səviyyəsi 14 əsas ştatda Cozef Baydenə verilən dəstəkdən yüksək olub. 

Bizim.Media xəbər verir ki, CNN telekanalının yaydığı məlumata görə, Baydenin Trampa qarşı uğursuz debatından sonra 15 min ABŞ vətəndaşı arasında aparılan sorğular hazırkı prezidentin hətta 2020-ci ildə keçirilən son seçkilərdə rəqibini məğlub etdiyi ştatlarda da geri qaldığını göstərib.

Həmin ştatlara Arizona, Corciya, Miçiqan, Pensilvaniya, Viskonsin və başqaları daxildir. Baydenin mövqeyi Kolorado, Minnesota, Men, Nyu-Meksiko, Virciniya və Nyu-Hempşirdə də həssasdır. 
Məlumatlar həmçinin onu göstərib ki, seçkilərdə Baydeni əvəzləyəcək dörd potensial demokrat namizəd tərəddüdə qalan ştatlarında onu qabaqlayır. 

İyunun 27-də keçirilən debatda zəif çıxışından sonra Cozef Baydenin reytinqi Donald Trampla müqayisədə daha aşağı səviyyəyə enib. Belə ki, rəy sorğusunda iştirak edənlər rəqibini 6 faiz qabaqlayan Trampa üstünlük verirlər. 

Xatırladaq ki, ABŞ-da növbəti prezident seçkiləri noyabrın 5-də keçiriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin