Bəşər Əsəd Ərdoğanla görüşə hazırdır, amma...

Hazırda oxunan: Bəşər Əsəd Ərdoğanla görüşə hazırdır, amma...

Bəşər Əsəd Ərdoğanla görüşə hazırdır, amma... Suriya prezidenti Türkiyə ilə münasibətlərin normallaşdırılmasına pozitiv yanaşır, lakin beynəlxalq hüququn prinsiplərinə əməl edilməsini və təhlükəsizlik qaydalarına riayət edilməsini tələb edir.
202201

“Suriya Türkiyə ilə münasibətlərin normallaşdırılmasına yönəlmiş bütün təşəbbüslərə müsbət yanaşır, lakin yalnız beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq belə bir addım atmağa razıdır”. 

Bizim.Media “Əl-İxbariya” telekanalına istinadən xəbər verir ki, bunu Suriya prezidenti Bəşər Əsəd Dəməşqdəki seçki məntəqələrindən birində seçicilərlə söhbəti zamanı deyib.

"Bütün ölkələrin qonşuları ilə problem istəməməsi təbiidir, lakin Suriya Türkiyəni yarı yolda qarşılamağa və müəyyən qaydalara uyğun olaraq onunla əlaqələri yaxşılaşdırmağa hazırdır. Söhbət beynəlxalq hüququn prinsiplərinə əməl olunmasından gedir. Bunu ona görə edirik ki, Suriya-Türkiyə münasibətlərinin normallaşdırılması istiqamətində davam edən səylərə uğurlar arzulayırıq”, - Əsəd qeyd edib.

İyunun 28-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dəməşqlə 2012-ci ildə kəsilmiş diplomatik münasibətləri bərpa etməyə hazır olduğunu bəyan edib.

İyulun 12-də o, xarici işlər naziri Hakan Fidana "həmkarları ilə görüşməyi və normallaşma prosesi üçün yol xəritəsi hazırlamağı" tapşırdığını söylədi. Eyni zamanda Ərdoğan Suriyanın ərazi bütövlüyünün Türkiyənin maraqlarına cavab verdiyini vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin