İmran Xan və həyat yoldaşı HƏBS EDİLDİ 

Hazırda oxunan: İmran Xan və həyat yoldaşı HƏBS EDİLDİ 

202119

Pakistanın keçmiş baş naziri İmran Xan və həyat yoldaşı Buşra Bibi yeni ittihamlarla bağlı məhkəmənin qərarı ilə iyulun 22-dək həbs ediliblər. 

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, onlar Toşaxananın dövlət xəzinəsindən hədiyyə almaq üçün vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunurlar. 

Pakistanın Korrupsiyaya Qarşı Mübarizə Agentliyi olan Milli Hesabat Bürosu yeni ittihamı iyulun 13-də İslamabad məhkəməsinin Xan və onun həyat yoldaşının qanunsuz nikah hökmünü ləğv edərək apelyasiya şikayətini təmin etməsindən bir gün sonra irəli sürüb. 
Öz növbəsində eks-baş nazirin və onun həyat yoldaşının vəkili həbsin qanunsuz olduğunu bildirib və əlavə edib ki, onların zaminə buraxılması ilə bağlı müraciətlərinə artıq Pakistanın Ali Məhkəməsində baxılır. 

Qeyd edək ki, 2018-2022-ci illərdə Pakistanın keçmiş baş naziri İmran Xan 2022-ci il aprelin 10-da ona etimadsızlıq səsverməsindən sonra vəzifəsindən uzaqlaşdırılıb.

O, yüksək vəzifəli şəxslərin aldığı qiymətli hədiyyələri saxlayan Toşaxan xəzinəsi ilə bağlı qalmaqalın mərkəzində idi. Ona qarşı irəli sürülən ittihamlar şəxsi məqsədlər üçün hədiyyələr əldə etmək üçün vəzifəsindən qeyri-qanuni istifadə etməklə bağlıdır. Xan bütün ittihamları rədd edir və onların siyasi motivli olduğunu iddia edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin