ABŞ prezidentliyinə namizəd Donald Tramp sui-qəsd cəhdindən sonra ilk dəfə açıqlama verib.
Bizim.Media xəbər verir ki, bu barədə o, "Truth" sosial şəbəkəsində paylaşım edib.
Siyasətçi atışmaya operativ reaksiya verdiyinə görə ABŞ Məxfi Xidmətinə və hüquq-mühafizə orqanlarına təşəkkür edib, həmçinin mitinqdə həlak olanların ailələrinə başsağlığı verib.
"Zərərsizləşdirilən nişançı haqqında heç nə bəlli deyil. Güllə qulağımın yuxarı hissəsini deşib. Atəş səsi eşitdim və güllənin dərimi deşməsini hiss etdim. Qanaxma başladı və nə baş verdiyini anladım", - o qeyd edib.
Bizim.Media