Bayden adları qarışdırdığını ETİRAF ETDİ 

Hazırda oxunan: Bayden adları qarışdırdığını ETİRAF ETDİ 

ABŞ prezidenti Cozef Bayden, adlarını qarışdırdığını etiraf edərək mətbuatın tənqidlərini qəbul etdi və seçkidə iştirak edəcəyini və qalib gələcəyini vurğuladı.
201822

ABŞ prezidenti Cozef Bayden çıxışları zamanı tez-tez səhvlərə yol verdiyini və adları qarışdırdığını etiraf edib. 

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, o bu barədə Miçiqan ştatında keçirilən mitinq zamanı danışıb. 

“Müzakirələrdən sonra mətbuatın mənə tənqidlərlə hücum etdiyini görmüsünüz. Məni sərt tənqid etdilər, çünki bəzən adları qarışdırıram. Mən deyirəm ki, bu Çarlidir, bu da Billdir. Media mənim əsas siyasi rəqibim, respublikaçı Donald Trampın oxşar səhvlərinə o qədər də əhəmiyyət vermir. 

Son zamanlar çoxlu spekulyasiyaların olduğunu görmüsünüz. Co Bayden nə edəcək? Yarışda qalacaqmı? O, gedəcəkmi? Cavabım budur: biz seçkidə iştirak edirik və qalib gələcəyik. Bir çox insan mənim kampaniyamın dağıldığını deyir. Mən heç yerə getməyəcəyəm” – deyə Bayden bildirib. 
Xatırladaq ki, Bayden ictimaiyyət qarşısında çıxışları zamanı tez-tez şəxslərin adlarını qarışdırır, sözləri unudur. O, ən son Vaşinqtonda NATO sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenskini səhnəyə dəvət edərkən onu səhvən “Prezident Putin” kimi təqdim edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin