Ukrayna dronlarla Rusiyanın neft bazasını vurdu – VİDEO  

Hazırda oxunan: Ukrayna dronlarla Rusiyanın neft bazasını vurdu – VİDEO  

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Rostov vilayətinin Tsimlyansk rayonundakı neft bazasına dronlarla hücum edib. Rusiya teleqram kanalları məlumat yayıb. Neft bazası ən azı iki PUA tərəfindən hücuma məruz qalıb. Ölən və yaralananlar barədə məlumat yoxdur.
201817

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Rostov vilayətinin Tsimlyansk rayonundakı neft bazasına dronlarla hücum edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya teleqram kanalları məlumat yayıb. 

Bildirilib ki, neft bazası ən azı iki PUA tərəfindən hücuma məruz qalıb. Onlardan biri sənaye yerindən 20 metr aralıda düşüb. İkincisi hədəfi vurub. Daha sonra yanğın başlayıb. 

Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur. 

Qeyd olunub ki, neft bazasında Aİ-92, Aİ-95 markalı benzin və dizel yanacağı saxlanılır. 


 
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin