ABŞ Ukraynaya yeni yardım paketi ayırıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden uktaynalı həmkarı Volodimir Zelenski ilə görüşü zamanı açıqlayıb.
Məlumata görə, 225 milyon dollar dəyərində yeni yardım paketinə "Patriot" raket batareyası, NASAMS hava hücumundan müdafiə sisteminin mərmiləri və digər döyüş sursatları daxildir.
Qeyd edək ki, bu, ABŞ-nin milli təhlükəsizlik qanununu qəbul etdikdən sonra imzalanan səkkizinci tədbirlər paketi olacaq.
Bizim.Media