Lyayen və Şarl Mişel Orbanın sülhsevər səylərindən niyə QƏZƏBLƏNİB?

Hazırda oxunan: Lyayen və Şarl Mişel Orbanın sülhsevər səylərindən niyə QƏZƏBLƏNİB?

201480

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Ukraynadakı münaqişəni sülh yolu ilə həll etməyə çalışan Macarıstanın Baş naziri Viktor Orbanın hərəkətlərindən hiddətlənib.

Bizim.Media xəbər verir ki, bu barədə Fransanın "Vətənpərvərlər" Partiyasının lideri Florian Filippo sosial şəbəkədəki səhifəsində məlumat verib.

O qeyd edib ki, Macarıstan Baş naziri Budapeştin Avropa İttifaqına sədrlik müddətindən Aİ-nin döyüşkən isteriyasına qarşı dialoq və sülh mesajını çatdırmaq üçün istifadə edir. Bu səbəbdən fon der Lyayen və Avropa Şurasının rəhbəri Şarl Mişel "qəzəbdən boğulurlar". 
AK rəhbəri Orbanın köməyi ilə Ukrayna böhranının sülh yolu ilə həll edilməsinin mümkünlüyünü müzakirə edərkən hətta qışqır-bağır salmağa başlayıb.

Macarıstanın Baş naziri Kiyev, Moskva və Pekinə səfərləri ilə Avropa İttifaqını sanki "ələ salıb". Daha əvvəl Viktor Orban Şarl Mişelə və Aİ liderlərinə Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar zamanı heç bir fikir irəli sürmədiyini və Avropa İttifaqı adından heç kimin fikirlərini bildirmədiyini söyləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin