Moskvanın Basmannı rayonu məhkəməsi Aleksey Navalnının arvadı Yuliya Navalnayanın qiyabi həbsi barədə qərar verib.
Bizim.Media xəbər verir ki, bu barədə Basmannı məhkəməsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Navalnaya ekstremist icmanın işində iştirakda ittiham olunur.
“Yuliya Navalnaya ibtidai istintaq orqanlarından gizlənib və buna görə də axtarışa verilib. Məhkəmə istintaqın vəsatətini təmin edib və onun barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Həbs müddəti Navalnayanın Rusiya Federasiyası ərazisinə ekstradisiya edildiyi andan və ya Rusiya ərazisində saxlandığı andan hesablanacaq”, - deyə məlumatda qeyd edilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:40 / 09.07.2024
Navalnının arvadının həbsi barədə qərar verildi - AXTARIŞDADIR
Hazırda oxunan: Navalnının arvadının həbsi barədə qərar verildi - AXTARIŞDADIR
Hazırda oxunan: Navalnının arvadının həbsi barədə qərar verildi - AXTARIŞDADIR
201274
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.