“Paris-2024”: Paris Olimpiadasında uçan taksilərdən istifadə ediləcək

Hazırda oxunan: “Paris-2024”: Paris Olimpiadasında uçan taksilərdən istifadə ediləcək

201252

“Paris-2024” Yay Olimpiya Oyunları zamanı uçan taksilərdən istifadə ediləcək. Bunun üçün Sena çayında üzən platformanın yaradılmasına icazə verilib.

Bizim.Media xəbər verir ki, Paris meriyasında nəqliyyata məsul olan ekoloq D.Belyard qərara etirazını bildirib. 

Qeyd edib ki, bu addım bir neçə lobbi və maliyyə maraqlarını sevindirmək üçün atılıb. Halbuki, bütün solçu, sağçı və ekoloqlar uçan taksi sınağının əleyhinə səs veriblər. Həmçinin o, vurğulayıb ki, indiki hökumət Milli Assambleyada çoxluğa malik deyil və onun heç bir demokratik legitimliyi yoxdur. 

Elektrikli uçan taksilər ekoloji cəhətdən ziyanlı və çox bahalıdır. İki nəfərlik olan taksilər 35 kilometr məsafə qət edəcək və 100 avrodan baha başa gələcək.

Qeyd edək ki, Paris aeroportu (ADP) ilə əməkdaşlıq edən Almaniyanın “Volocopter” müəssisəsinin “Volocity” şirkəti uçan taksilərin Olimpiya Oyunları zamanı sınaq üçün hazır olduğunu hesab edir. Taksilər yalnız 2026-2027-ci illərdə 3 və ya 4 sərnişin daşıya biləcək.

Oyunlar zamanı uçan taksilərdən 3 istiqamətdə istifadə ediləcək. Parisin Şarl-de-Qol hava limanı ilə Le-Burje aeroportunu (10 kilometr) birləşdirəcək.

İkinci marşrut İssi-Le-Mulino ilə Versal yaxınlığındakı Sen-Sir-l’Ekol hava limanını (15 kilometr), üçüncü marşrut isə Paris-İssi vertolyot limanı ilə Austerlitz və Sena çayı sahilindəki Bersi vertolyot platformasını (11,5 kilometr) birləşdirəcək. Həmçinin uçan taksilərdən turist reysləri üçün də istifadə ediləcəyi bildirilir.
Uçan taksilərin sürəti maksimum saatda 110 kilometr olacaq. Bu məsafədən sonra taksinin 9 batareyasını yenidən doldurmaq üçün dəyişmək lazımdır. Belə taksilər saatda 2 və ya 3 uçuş reallaşdıra biləcək. Uçan taksilərdə gediş hər kilometrə görə 3-4 avro olacaq. Havada 35 kilometr uçuş 105-140 avroya başa gələcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin