Ərdoğandan “Türksat 6A” peykinin orbitə buraxılması ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Ərdoğandan “Türksat 6A” peykinin orbitə buraxılması ilə bağlı AÇIQLAMA

201167

“Türksat 6A” telekommunikasiya peykinin Yerin orbitinə buraxılması ilə Türkiyə peyk texnologiyası istehsalçıları siyahısına daxil olub.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın türk dizaynlı ilk telekommunikasiya peykinin orbitə buraxılması mərasiminin iştirakçılarına videomüraciətində deyilir.

Türkiyə lideri qeyd edib ki, “Türksat 6A” peykinin istehsalı ilə idxalın əvəzlənmə səviyyəsi 81 faizi ötüb ki, bu da onun türk mütəxəssisləri tərəfindən inkişafı sayəsində mümkün olub.

Prezidentin sözlərinə görə, 2,5 il əvvəl orbitə buraxılan “Türksat 5B” peykində olduğu kimi, Türkiyə bu dəfə də “SpaceX”in “Falcon 9” reketdaşıyıcısına arxalanıb. “Ankara İlon Maskın şirkəti ilə müxtəlif sahələrdə əməkdaşlıqdan məmnundur”, -deyə Ərdoğan bildirib.

Türkiyə lideri vurğulayıb ki, qarşısına qoyulan bütün maneələrə baxmayaraq, Türkiyə kosmik sektorda iştirakını genişləndirir. “Əminəm ki, biz tezliklə Milli Kosmik Proqramın daha bir mühüm məqsədinə - Türkiyənin ilk pilotlu kosmik missiyasına nail olacağıq”, -deyə dövlət başçısı qeyd edib.

Prezident Ərdoğan kosmos proqramının müstəqil şəkildə həyata keçirilməsini Türkiyənin milli təhlükəsizliyinin mühüm sahəsi adlandırıb.

“Türksat 6A” peyki iyulun 9-na keçən gecə Bakı vaxtı ilə saat 03.30-da Florida ştatındakı (ABŞ) Kanaveral burnundakı kosmodromdan Yerin orbitinə buraxılıb. Rabitə peykindən ilk siqnal buraxılışdan 67 dəqiqə sonra qəbul edilib.

Çəkisi 4,2 tondan çox olan türk peykinin geostasionar orbiti 42 dərəcə şərq uzunluğundadır. “Türksat 6A”nın tam istismarı bir ildən sonra - bütün sınaq əməliyyatlarının başa çatmasının ardından başlayacaq və Türkiyə peyklərinin əhatə dairəsini 3,3 milyarddan 5 milyard nəfərə qədər genişləndirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin