Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev məmurların kazinolarda oynamasını qadağan edən və bukmeker kontorlarının reklamını məhdudlaşdıran qanuna imza atıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya "orda.kz" saytında yerləşdirilib.
Mənbə yazır ki, qanun əhali arasında qumar oyunlarına aludəçiliyi azaltmağa yönəlib. Qanuna əsasən qumarxanada görünən məmurlar, hərbçilər və polislər işdən çıxarılacaq.
Turizm və İdman Nazirliyinə isə qumar müəssisələri, bukmeker kontorları və lotereyalar üçün standart fəaliyyət qaydaları hazırlamaq tapşırığı verilib.
Qanun bukmeker kontorlarının reklamını da məhdudlaşdırır. İndi bukmeker kontorları açıq havada, nəqliyyat vasitələrində, kütləvi informasiya vasitələrində, kinoteatrda, video və elan xidmətlərində reklam edilə bilməz.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:00 / 08.07.2024
Qazaxıstanda məmurlar kazinoda oynaya bilməyəcəklər - QADAĞA QOYULDU
Hazırda oxunan: Qazaxıstanda məmurlar kazinoda oynaya bilməyəcəklər - QADAĞA QOYULDU
Hazırda oxunan: Qazaxıstanda məmurlar kazinoda oynaya bilməyəcəklər - QADAĞA QOYULDU
Qazaxıstanda məmurların kazinoda oynaması qadağan edilib və bukmeker kontorlarının reklamı məhdudlaşdırılıb.
201021
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.