“Vladimir Putin və Co Bayden arasında bir görüş hər iki ölkəyə faydalı ola bilər.”
Bizim.Media “Ria Novosti”yə istinadla xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.
MÖVZU İLƏ BAĞLI:
Kremldən açıqlama: “Putinin Baydenlə görüşü yayda baş tutacaq”
O, Rusiya və Amerika prezidentlərinin üz-üzə danışmağının faydalı olacağına inandığını bildirib. Dövlət Katibi Vaşinqtonun Moskva ilə münasibətlərini kəskinləşdirməyə çalışmadığını, amma Rusiyanın hərəkətlərinə cavab haqqını qoruduğunu qeyd edib.
Bizim.Media